Yuxarı

​Seymur Həzinin kassasiya şikayəti təmin edilməyib

Kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən jurnalist Seymur Həzi ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, xuliqanlıq hadisəsi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib. Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisədən sonra saxlanılıb. Daha sonra onun barəsində Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

2015-ci il yanvarın 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il, M.Həsənov isə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra S.Həzi məhkəmə qərarından kassasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi