“Sevmirəm” cavabına görə qızı öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

“Sevmirəm” cavabına görə qızı öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci intansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
27 May , 2017 17:00
“Sevmirəm” cavabına görə qızı öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 27 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.Ağayevin apellyasiya şikayəti təmin edilməyib, birinci intansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, qətl hadisəsi 2016-ci il yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Hadisə yerindən qaçan C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəllər də məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib.

O, Cinayət Məcəllənin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi