Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxs məhkəmədə cinayəti etiraf edib

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxs məhkəmədə cinayəti etiraf edib Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin olunub
Hadisə
9 İyun , 2017 16:05
Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxs məhkəmədə cinayəti etiraf edib
Report

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə İ.Sadıqov özünü təqsirli bilib: "Düzdür, cinayəti törətdiyimi etiraf edirəm. Lakin ittihamda bəzi ifadələr düzgün yazılmayıb. Bundan narazıyam"

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən ilin fevral ayının 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqovu xalası qızını danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək, "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.

Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəx yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İ.Sadıqov Cinayət Məcəlləsinin 120.2.2-ci (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi