​Sevastopolda Azərbaycan vətəndaşı 5 il müddətinə həbs edilib

​Sevastopolda Azərbaycan vətəndaşı 5 il müddətinə həbs edilib O, ölüm ilə təhdid etmə və seksual xarakterli zorakılıqda müqəssir bilinib
Hadisə
12 Fevral , 2015 07:57
​Sevastopolda Azərbaycan vətəndaşı 5 il müddətinə həbs edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Qaqarin rayon məhkəməsi Sevastopol şəhəri ərazisində qeydiyyatda olmayan 34 yaşlı Azərbaycan vətəndaşına qarşı qaldırılan cinayət işinə baxıb.

"Report" xəbər verir ki, bu barədə Sevastopol prokurorunun KİV-lə əlaqələr üzrə böyük köməkçisi Yuri Pisanko məlumat verib.

O, ölüm ilə təhdid etmə, zorlama və seksual xarakterli zorakılığa cəhddə müqəssir bilinib.

Məhkəmə iclasında zərərçəkənlərin 2014-cü ilin yayında cani tərəfindən hücuma məruz qalan iki qız olduğunu müəyyən edilib.

Məhkəmə Qaqarin Prokurorluğu tərəfindən dəstəklənən dövlət ittihamçısının dəlilləri ilə razılaşıb və həmyerlimizin cəzasını ümumi rejimli islah müəssisəsində çəkmək şərti ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Son xəbərlər

Orphus sistemi