"Sərxoşsan, get yat" deyən atasını öldürdü - MƏHKƏMƏ

"Sərxoşsan, get yat" deyən atasını öldürdü - MƏHKƏMƏ Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlayaraq öldürən Dadaşov Yüsif Mübariz oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
13 Mart , 2020 15:19
Sərxoşsan, get yat deyən atasını öldürdü - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlayaraq öldürən Dadaşov Yüsif Mübariz oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabr ayında Gəncənin Kəpəz rayonu ərazisində baş verib. 1994-cü il təvəllüdlü Y.Dadaşov sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü M.Dadaşova bir neçə bıçaq zərbəsi vurub.

Hadisəni törədən Y.Dadaşov istintaqa ilkin ifadəsində hadisə baş verən zaman sərxoş olduğunu və atasını hansı səbəbdən bıçaqlayaraq qətlə yetirdiyini xatırlamadığını bildirib.

İlkin məlumata görə, oğul fəhlə, atası isə usta işləyib. Mərhum evə içkili halda gələn oğluna “sərxoşsan, get yat, sabah işə gedəcəksən” deyib. Sərxoş halda atasına cavab qaytaran şəxs daha sonra mübahisənin uzanması ilə onu bıçaqlayaraq öldürüb.

Y.Dadaşova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi