Sərxoş vəziyyətdə qəza törədərək bir nəfərin ölümünə səbəb olan taksi sürücüsü tutulub

Sərxoş vəziyyətdə qəza törədərək bir nəfərin ölümünə səbəb olan taksi sürücüsü tutulub Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
15 Avqust , 2017 12:08
Sərxoş vəziyyətdə qəza törədərək bir nəfərin ölümünə səbəb olan taksi sürücüsü tutulub

Bakı. 15 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 14-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə Həsən Heydəri hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülən tədbirlərlə “”London Taxi” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Vaqif Qurbanov saxlanılıb, onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib.

Sabunçu RPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi