Qaradağda sərxoş halda evə basqın edib qadını hədələyən şəxsə hökm oxunub

Qaradağda sərxoş halda evə basqın edib qadını hədələyən şəxsə hökm oxunub Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Əhmədovun məhkəmə iclası başa çatıb.
Hadisə
3 Yanvar , 2019 14:49
Qaradağda sərxoş halda evə basqın edib qadını hədələyən şəxsə hökm oxunub

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Əhmədovun məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında C.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, 2000-ci ildə anadan olmuş C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək yatılı vəziyyətdə olan Elnarə Əhmədovanı xəncərlə hədələyib. O daha sonra qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C.Əhmədov ifadəsində bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib.

Son xəbərlər

Orphus sistemi