Yuxarı

​Şərurlu İsfəndiyarın qardaşı oğluna qarşı dələduzluq edən şəxs apellyasiya şikayəti verib

İlkin baxış iclası fevralın 2-nə təyin edilib

Bakı. 1 fevral. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçiriləcək ilkin baxış iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Bundan başqa, Şərur rayonunun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev də məhkəmədə zərərçəkmiş səxs qismində ifadə verib.

Hadisə isə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə A.Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi