Şərurlu İsfəndiyarın adı hallanan məhkəmə işində hökm oxunub

Şərurlu İsfəndiyarın adı hallanan məhkəmə işində hökm oxunub Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
9 Dekabr , 2015 12:13
Şərurlu İsfəndiyarın adı hallanan məhkəmə işində hökm oxunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi  keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi