“Şərurlu İsfəndiyar”ın 2 milyon pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

“Şərurlu İsfəndiyar”ın 2 milyon pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib
Hadisə
19 İyun , 2017 10:25
“Şərurlu İsfəndiyar”ın 2 milyon pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Asif Pirəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (“Şərurlu İsfəndiyar”) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinib.

İttiham aktına əsasən, A.Pirəliyev İ.Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyevin barəsində şərti cəza çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

A.Pirəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsləri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə A.Pirəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi