“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində şahidlər ifadə veriblər

“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində şahidlər ifadə veriblər Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib
Hadisə
28 Dekabr , 2016 16:38
“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin məhkəməsində şahidlər ifadə veriblər

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İntiqam Heydərov və İsmayıl İsmayılov ifadə verib.

Hər iki şəxs dindirilərkən İsfəndiyar Axundovun yaxın adamı Əliyev Heydəri  tanıdıqlarını bildiriblər. Onlar təqsirləndirilən A.Pirəliyevi ilk dəfə məhkəmə zalında gördüklərini deyiblər. İ.Heydərov və İ.İsmayılov pulu H.Əliyevə verdiklərini söyləyiblər.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinir.

İttihama aktına əsasən, A.Pirəliyev İ.Axundovun yaxın adamı H.Əliyevlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyevin barəsində şərti cəza çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi