“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsə hökm oxunub

“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 May , 2017 17:53
“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Pirəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinib.

İttihama aktına əsasən, A.Pirəliyev İ.Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyevin barəsində şərti cəza çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi