Şərurda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Şərurda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Hadisə
23 Yanvar , 2023 16:23
Şərurda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə "Report"a Şərur Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunub.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi