Yuxarı

​Şərurda avtomobil yolda uzanmış kənd sakininin üstündən keçib

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb

Bakı. 8 mart. REPORT.AZ/ Şərur rayonunda avtomobil piyadanın üstündən keçib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Daşarx kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Mahir Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib. Xəstəxanaya yerləşdirilən E.Cəlalov orada ölüb.

Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi