Şərurda avtomobil piyadanı vuraraq öldürüb

Şərurda avtomobil piyadanı vuraraq öldürüb Şərur rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
24 may 2022 07:12
Şərurda avtomobil piyadanı vuraraq öldürüb

Şərur rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də saat 9 radələrində Şərur rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini K.Həsənov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolun kənarı ilə gedən həmkəndlisi Adil Cəlilovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şərur Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi