Yuxarı

Şərif Əsədullayev: "Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb"

Keçən ilki qurbanlardan 9-u yetkinlik yaşına çatmayan qızlardır

Bakı. 18 may. REPORT.AZ/ "Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda konfransda çıxışında deyib.

O bildirib ki, qurbanlardan 28 faizi məişət zorakılığına məruz qalıb: "Həmin şəxslər haqqında məlumatlar elektron bazaya daxil edilib və gizli saxlanılır".

Rəisin sözlərinə görə, 2015-ci ildə respublika üzrə 26 916 cinayət hadisəsi qeydə alınıb: "Həmin cinayətlərin 1 faizi insan alveri ilə bağlıdır. 2015-ci ildə 64 insan alveri qurbanı qeydiyyata alınıb.

Onlardan 9-u yetkinlik yaşına çatmayan qızlardır, 29-u isə məişət zorakılığı nəticəsində insan alverinin qurbanına çevrilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi