Yuxarı

Şərif Əsədullayev: "Azərbaycan insan alveri sahəsində son illərdə böyük nailiyyətlər əldə edib"

Artıq Azərbaycan öyrənən yox, öyrədən ölkə kimi təqdim edilir

Bakı. 30 iyul. REPORT.AZ/ "Azərbaycan insan alveri sahəsində son illərdə böyük nailiyyətlər əldə edib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev Ümumdünya İnsan Alverinə qarşı Mübarizə günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasının açılışında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ dövlət departamentinin hesabatlarında Azərbaycanın adı daha "mənbə ölkə" kimi göstərilmir: "Azərbaycanda bu məsələ ilə bağlı mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir".

Ş.Əsədullayev xatırladıb ki, ölkədə 2008-2009, 2009-2014, 2014-2018-ci illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb: "Bu səbəbdən ABŞ dövlət departamentinin, Avropa Şurasının "GRETA" təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizə yüksək qiymətləndirilib. Orada artıq Azərbaycan öyrənən yox, öyrədən ölkə kimi təqdim edilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi