Sərhədi pozaraq İrandan Azərbaycana keçən Türkiyə vətəndaşı saxlanılıb

Sərhədi pozaraq İrandan Azərbaycana keçən Türkiyə vətəndaşı saxlanılıb Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir
Hadisə
31 May , 2018 14:52
Sərhədi pozaraq İrandan Azərbaycana keçən Türkiyə vətəndaşı saxlanılıb
dsx.gov.az

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısını alıb.

DSX-dan "Report"a bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Cə­li­labad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olun­ub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” ko­man­dasına qal­dı­rılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam Respub­lika­sın­dan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəx­sin ayaq izləri aşkar olunub.

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun təd­bir­ləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozu­cusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi