Sərhəddə çay qutularında siqaret aşkar edilib

Sərhəddə çay qutularında siqaret aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Mart , 2017 17:16
Sərhəddə çay qutularında siqaret aşkar edilib
ustoms.gov.az

Bakı. 6 mart. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X RAY" markalı texniki nəzarət vasitəsi ilə baxış keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı əl yükünün içərisindəki çay qutularından gömrük nəzarətindən gizlədilən 2 520 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi