Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir
Hadisə
16 Avqust , 2017 17:07
Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb
Dsx.gov.az

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.

DSX-nın mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, "Şəmkir" sərhəd dəstəsinin "Keşikçidağ" sərhəd zastavasının xidməti ərazisində gizlədilən halda istifadəyə yararlı olan 1 ədəd "Naqan" tipli tapanca, 2 ədəd siqnal tapancası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi