Axtarışda olan şəxs Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb

Axtarışda olan şəxs Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan
Hadisə
16 noyabr 2023 10:45
Axtarışda olan şəxs Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumat verib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi