Serbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb - YENİLƏNİB

Serbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb - YENİLƏNİB Serbiyanın Azərbaycandakı səfirliyi müvəqqəti işlər vəkili Daniça Veynoviçin yol qəzasına düşməsi ilə bağlı açıqlama yayıb.
Hadisə
20 İyun , 2019 17:10
Serbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb - YENİLƏNİB

Serbiyanın Azərbaycandakı səfirliyi müvəqqəti işlər vəkili Daniça Veynoviçin yol qəzasına düşməsi ilə bağlı açıqlama yayıb.

Səfirlikdən "Report"a daxil olan açıqlamada bildirilib ki, 19.06.2019-cu il tarixində, saat 21.40 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində Serbiyanın Azərbaycandakı səfirliyinə məxsus "Skoda Superb" markalı avtomobilə işıqforda dayanan zaman arxadan İslam Paşayevə məxsus “Toyota” markalı avtomobil çırpılıb: "Səfirliyin sürücüsü Kamal Cəfərov bu işdə günahsızdır".


*** 10:39

Serbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb.

“Report” xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində Serbiyanın Azərbaycandakı səfirliyinə məxsus Kamal Cəfərovun idarə etdiyi “Skoda” markalı avtomobil işıqforda qarşıda dayanan Rusiya vətəndaşı İslam Paşayevə məxsus “Toyota” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı səfirliyin müvəqqəti işlər vəkili xanım Daniça Veynoviç avtomobildə olub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi