Rusiyada həbsdə olan separatçı Fəxrəddin Abbasov istintaq təcridxanasından yoxa çıxıb

Rusiyada həbsdə olan separatçı Fəxrəddin Abbasov istintaq təcridxanasından yoxa çıxıb Bakı. 1 mart. REPORT.AZ/ Rusiyada həbsdə olan separatçı Fəxrəddin Abbasov (Aboszadə) Lyubertsı şəhərində istintaq təcridxanasından yoxa çıxıb.
Hadisə
1 Mart , 2019 12:48
Rusiyada həbsdə olan separatçı Fəxrəddin Abbasov istintaq təcridxanasından yoxa çıxıb

Bakı. 1 mart. REPORT.AZ/ Rusiyada həbsdə olan separatçı Fəxrəddin Abbasov (Aboszadə) Lyubertsı şəhərində istintaq təcridxanasından yoxa çıxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Amnesty International"dan bildiriblər.

F.Abbasov ötən ilin sentyabr ayında Moskva vilayətində Azərbaycanın hüquq-mühafizə orqanlarının tələbi əsasında həbs edilib.

Qeyd olunur ki, fevralın 27-də səhər saatlarında bir neçə nəfər Abbasovun olduğu istintaq təcridxanasına gələrək onun Baş Prokurorluğun azadlığa buraxılması barədə məktubunu təqdim ediblər. Onlar Abbasovu özləri ilə aparsalar da, onun şəxsi əşyaları təcridxanada qalıb. "Amnesty International"ın mənbəsinin bu məlumatını daha sonra F.Abbasovun vəkili də təsdiqləyib.

F.Abbasovun fevralın 28-də keçirilməli olan məhkəmə prosesi ərizəçinin yerinin müəyyən edilməməsi səbəbi ilə martın 18-nə təxirə salınıb.

Onun yeri haqqında məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi