Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir

Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir Kəmərin istismara verilməsi üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib
Hadisə
2 Yanvar , 2017 11:04
Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir

Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir işləri davam etdirilir.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin "Report"a verdiyi məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib və yoxlama işləri müvəqqəti olaraq dayandırılıb.

O bildirib ki, hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi