Səngəçalda ağır yol qəzası, iki nəfər yaralandı

Səngəçalda ağır yol qəzası, iki nəfər yaralandı Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 May , 2021 05:35
Səngəçalda ağır yol qəzası, iki nəfər yaralandı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, 2005-ci il təvəllüdlü Abışova Duyğu Rafiq qızı və 1988-ci il təvəllüldü Əhmədova Gülnarə Cavanşir qızı xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar, müayinə zamanı D. Abışovaya sol mil sümüyünün qapalı sınığı, G. Əhmədovaya sol mil-bilək oynağının sınığı diaqnozu qoyulub.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi