Sənədləri saxtalaşdırmaqda təqsirləndirilən qadının məhkəməsi təxirə salınıb

Sənədləri saxtalaşdırmaqda təqsirləndirilən qadının məhkəməsi təxirə salınıb Prokuror məhkəmədən vaxt istəyib
Hadisə
22 İyul , 2016 15:46
Sənədləri saxtalaşdırmaqda təqsirləndirilən qadının məhkəməsi təxirə salınıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası təxirə salınıb. Buna səbəb kimi dövlət ittihamçısının ittiham aktı ilə tanış olmadığı göstərilib. Prokuror buna görə məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

Qeyd edək ki, L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib. O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Son xəbərlər

Orphus sistemi