​Şənbə və bazar günləri Azərbaycanda baş verən yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər yaralanıb

​Şənbə və bazar günləri Azərbaycanda baş verən yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər yaralanıb Araşdırma aparılır
Hadisə
21 Sentyabr , 2015 15:02
​Şənbə və bazar günləri Azərbaycanda baş verən yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər yaralanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ötən həftənin şənbə və bazar günləri Azərbaycan ərazisində baş verən yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, şənbə günü - sentyabrın 19-da respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bazar günü – sentyabrın 20-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi