Şəmkirin 24 yaşlı sakini intihara cəhd edib

Şəmkirin 24 yaşlı sakini intihara cəhd edib Samir Rzayevin vəziyyəti orta ağırdır
Hadisə
17 Dekabr , 2016 00:37
Şəmkirin 24 yaşlı sakini intihara cəhd edib

Şəmkir. 17 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda 24 yaşlı gənc intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Təzəkənd kənd sakini, 1992-ci il təvəllüdlü Rzayev Samir Edalet oğlu yaşadığı evdə kimyəvi maddə içərək intihar etmək istəyib.

Zəhərlənən gənc yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım göstərilən S.Rzayevin vəziyyəti orta-ağır olduğu bildirilir. Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi