Şəmkirdəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Şəmkirdəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
16 Dekabr , 2019 09:45
Şəmkirdəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, dekabrın 14-də saat 07:00 radələrində, Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayon sakini, 1964-cü il təvəllüdlü Telman Firuddin oğlu Şıxməmmədov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi