Şəmkirdə yük maşınları toqquşub, 2 ölü, 1 yaralı var

Şəmkirdə yük maşınları toqquşub, 2 ölü, 1 yaralı var Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
4 May , 2022 19:34
Şəmkirdə yük maşınları toqquşub, 2 ölü, 1 yaralı var

Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki yük maşınının toqquşması nəticəsində Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Asif Yusif oğlu və Goranboy rayonunda məskunlaşan Kəlbəcər rayon sakini Muxtarov Elsevər dünyasını dəyişib.

Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi