Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhər Səməd Vurğun küçəsində (1-ci küçə) qeydə alınıb.
Yük maşını idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza zamanı bir nəfər - Saleh Əsgərov ciddi xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə nəticəsində daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.