Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, ölən var - YENİLƏNİB

Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, ölən var - YENİLƏNİB Şəmkir rayonunda yük avtomobilinin qəzaya uğraması nəticəsində sürücü ölüb.
Hadisə
127
30 Mart , 2019 13:00
Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, ölən var - YENİLƏNİB

Şəmkir rayonunda yük avtomobilinin qəzaya uğraması nəticəsində sürücü ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Morul kəndi ərazisində "KAMaz" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kanarındakı su kanalına aşıb.

Nəticədə sürücü, Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Eldəniz Arif oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 12:32

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndi ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobilinin qəzaya uğraması nəticəsində sürücü ölüb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi