Şəmkirdə yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB-2 - FOTO

Şəmkirdə yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB-2 - FOTO Şəmkir. 28 avqust. REPORT.AZ/ Şəmkir rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.
Hadisə
28 Avqust , 2018 20:46
Şəmkirdə yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB-2 - FOTO
Foto: "Report"
0 : 00
0 : 00

Şəmkir. 28 avqust. REPORT.AZ/ Şəmkir rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1989-cu il təvəllüdlü Elçin Firdovsi oğlu Allahverdiyev, 1996-cı təvəllüdlü Elvin Aqil oğlu Adıgözəlov, 1983-cü il təvəllüdlü Azər Polad oğlu Qasımov, 1958-ci il təvəllüdlü Məhluqə Əsəd qızı İsgəndərova, 1969-cu il təvəllüdlü Xədicə Qasımova, 1986-cı il təvəllüdlü Türanə Eldar qızı Məmmədova, 2014-cü il təvəllüdlü Murad Ramiz oğlu Qasımov, 2006-cı il təvəllüdlü Rəna Rüstəmova və 1989-cu il təvəllüdlü Ramiz Qasımovdur.

Daha 5 nəfərə isə ambulator yardım göstərilib.


*** 16:00

Şəmkir rayonunda qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib. 

Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.


*** 15:36

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb. 

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi