Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alan sərnişin, 1994-cü il təvəllüdlü Məmmədov İsmayıl Etibar oğlu əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb mərkəzlərinin birinə gətirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.