Şəmkirdə yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Şəmkirdə yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB Şəmkir. 26 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.
Hadisə
26 Sentyabr , 2018 12:27
Şəmkirdə yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB
Report

Şəmkir. 26 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləlri Abdul Ələkbərovun idarə etdiyi “VAZ-21099” və Mehdi Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən M.Nağıyev orada ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


***11:38


Şəmkir. 26 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, “VAZ-21099” markalı avtomobillə “VAZ-2106” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürcüsü ağır bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanlıb. 

Son xəbərlər

Orphus sistemi