Şəmkirdə yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB

Şəmkirdə yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB Şəmkir. 24 aprel. REPORT.AZ/ Şəmkir rayonunda avtomobil qəzası nəticəsində ölənlərin sayı 2-yə çatıb.
Hadisə
223
24 Aprel , 2018 18:11
Şəmkirdə yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB
Report

Şəmkir. 24 aprel. REPORT.AZ/ Şəmkir rayonunda avtomobil qəzası nəticəsində ölənlərin sayı 2-yə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, daha iki nəfər yaralı var.

Məlumata görə, ölənlər "VAZ-2106" markalı, 57 CA 646 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, rayonun Sabirkənd kənd sakini, 1987-ci il təvəllüdlü Emin Tahir oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Ayaz Dilən oğlu Allahverdiyevdir.

Yaralıların isə Sabirkənd kənd sakinləri - 1998-ci il təvəllüdlü Elamin Elçin oğlu Əmiraslanov və onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Mübariz oğlu Əmiraslanov olduğu bildirilir.

Yaralılar Gəncə şəhərində yerləşən özəl xəstəxanaya aparılıblar.

Qeyd edək ki, qəzaya düşənlər rayonun Sabirkənd kəndindən Zəyyəm Cırdaxan kəndində yerləşən şadlıq sarayında keçirilən toy mərasiminə gedirlərmiş.


***17:56

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində sürücü ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan avtomobil maneə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi