Şəmkirdə avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Şəmkirdə avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
214
24 Noyabr , 2021 22:09
Şəmkirdə avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub
0 : 00
0 : 00

Şəmkir rayonunda 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" və "LADA Priora" markalı avtomobillərin toqquşması nəticəsində 31 yaşlı Mikayıl Əhmədov, 21 yaşlı Nicad Yusibov və 43 yaşlı Mübariz Yusibov müxtəlif xəsarətlər alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

20:59

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi