Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB Şəmkir. 24 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin şəxsiyyəti məlum olub.
Hadisə
24 Sentyabr , 2018 09:11
Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Şəmkir. 24 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, rayonun Aşağı Seyfəli kənd sakini, Yalçın Namaz oğlu Babayevdir. 

Hadisə zamanı ölən digər şəxsin üzərində sənədi olmadığı üçün onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. 

Faktla bğalı araşdırma aparılır.  


***7:39

Şəmkir. 24 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi