Şəmkirdə yol qəzası olub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə yol qəzası olub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB Yaralılar xəstəxanaya yerləşdirilib
Hadisə
29 Noyabr , 2017 11:58
Şəmkirdə yol qəzası olub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Şəmkir. 29 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 7 nəfərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "VAZ-2106"nın sürücüsü İlyas Əliyev və avtomobildə olan sərnişinlər - Cəmilə Məmmədova, Elvin Əliyev, "QAZ-24"ın sürcüsü Cəmil Ədalət oğlu Vəliyev və avtomobildə olan sərnişənlər - Kifayət Vəliyeva, Qüdrət Cəbrayılov və Kəramət Mehbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


***11:14

Şəmkir. 29 noyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "QAZ-24" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi