Şəmkirdə yol qəzası baş verib, ölən var

Şəmkirdə yol qəzası baş verib, ölən var Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1051
10 İyun , 2020 13:17
Şəmkirdə yol qəzası baş verib, ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1938-ci il təvəllüdlü Fərman Qələndər oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. 

Qəzaya sürücünün sükan arxasında infarkt keçirərək ölməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi