Şəmkirdə yol qəzası baş verib, yaralananlar var

Şəmkirdə yol qəzası baş verib, yaralananlar var Şəmkir. 11 may. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib.
Hadisə
11 May , 2018 12:41
Şəmkirdə yol qəzası baş verib, yaralananlar var
Report
0 : 00
0 : 00

Şəmkir. 11 may. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobil toqquşub və onlardan biri idarəetmədən çıxaraq yol kənarındakı qadın piyadanı vurub. 

Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü, 1970-ci il təvəllüdlü Vüqar Məmmədov və piyada, 1956-cı il təvəllüdlü Tamara Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. T.Sadıqovanın vəziyyəti pisləşdiyindən onu Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi