Şəmkirdə yol qəzası baş verib, yaralanan var - YENİLƏNİB

Şəmkirdə yol qəzası baş verib, yaralanan var - YENİLƏNİB Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
Hadisə
22 May , 2019 18:18
Şəmkirdə yol qəzası baş verib, yaralanan var - YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1978-ci il təvəllüdlü İlyas Həsənov, 1982-ci il təvəllüdlü Könül Həsənova, 2006-cı il təvəllüdlü Hüseyn Həsənzadə və 1965-ci il təvəllüdlü Cavid Rəcəb oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 


*** 17:21

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes-Benz" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaralananın olduğu bildirilir.

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi