Şəmkirdə yol qəzası baş verib, ölən və yaralanan var

Şəmkirdə yol qəzası baş verib, ölən və yaralanan var Şəmkir. 20 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunun yol qəzası baş verib.
Hadisə
516
20 Oktyabr , 2018 12:28
Şəmkirdə yol qəzası baş verib, ölən və yaralanan var

Şəmkir. 20 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunun yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi