Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Hadisə
654
9 Dekabr , 2020 09:39
Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
0 : 00
0 : 00

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Urfanə RzayevaGülrux Mustafayeva ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi