Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb Musa İsayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib
Hadisə
8 Aprel , 2021 10:38
Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Musa İsayev

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, aparılan araşdırmalar zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Musa İsayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı ŞBPİ- də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi