Şəmkirdə yağışlı hava yol qəzasına səbəb olub, xəsarət alan var

Şəmkirdə yağışlı hava yol qəzasına səbəb olub, xəsarət alan var Şəmkir rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.
Hadisə
1 Avqust , 2020 23:43
Şəmkirdə yağışlı hava yol qəzasına səbəb olub, xəsarət alan var

Şəmkir rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "Kıraz yolu" deyilən ərazidə qeydə alınıb.

Avtomobil yağışlı hava şəraiti səbəbindən yoldan çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Şəmkir rayon sakini  Leyla Vəliyeva xəsarət alıb. O, xəstəxanaya aparılıb. L.Vəliyevanın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi