Şəmkirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Şəmkirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB Şəmkir. 3 mart. REPORT.AZ/ Şəmkirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb. 
Hadisə
3 Mart , 2018 22:01
Şəmkirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Şəmkir. 3 mart. REPORT.AZ/ Şəmkirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Keçili kəndindəki yarımçıq tikilidə baş vermiş partlayış nəticəsində yanıq xəsarəti alan 27 yaşlı Tural Məmmədovu Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparan Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan təcili yardım maşınının qarşısına əks tərəfdən gələn digər avtomobil çıxıb. Təcili yardım maşınının sürücüsü həmin avtomobillə toqquşmadan yayınmağa çalışsa da, buna nail ola bilməyib.

Qəza zamanı hər iki avtomobilin sürücüsüsü yüngül xəsarət alıb. Eyni zamanda Şəmkir rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi də qolundan və bilək nahiyəsindən xəsarət alıb.

Qəza zamanı habelə təcili yardım maşınına ciddi ziyan dəyib.

Qeyd edək ki, yanıq xəsarəti alan T. Məmmədov isə avtomobil qəzası nəticəsində heç bir xəsarət almayıb və o, Bakı şəhər Mərkəzi Yanıq Xəstəxanasına göndərilib. Onun vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. 

Son xəbərlər

Orphus sistemi