Yuxarı

Şəmkirdə taksi sürücüsü bıçaqlanıb, onun telefonu və pulu əlindən alınıb

Faktla bağlı cinayət işi başlanılıb

Bakı. 18 yanvar. REPOİRT.AZ/ Şəmkir rayonunda taksi sürücüsü bıçaqlanıb, onun telefonu və pulu əlindən alınıb.

"Report" xəbər verir ki, hadisə yanvarın 17-də rayonun Seyfəli kəndi ərazisində baş verib.

Belə ki, Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində oturub, Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib, onun 2 pulunu və mobil telefonunu alaraq hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata almasını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, Şəmikir RPŞ-də istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi