Şəmkirdə sərxoş sürücü avtomobil qəzasında ağır yaralanıb

Şəmkirdə sərxoş sürücü avtomobil qəzasında ağır yaralanıb Onun vəziyyətinin orta-ağır olduğu bildirilir
Hadisə
9 Dekabr , 2016 00:06
Şəmkirdə sərxoş sürücü avtomobil qəzasında ağır yaralanıb

Şəmkir. 9 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda avtomobil qəzası baş verib. Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Posanlı kəndində olub. Sərxoş halda "VAZ" markalı avtomobili sürən İsmaylov Eynar Ələddin oğlu idarəetməni itirib, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. 

Nəticədə sürücü, Şəmkir rayon Posanlı kənd sakini, 1969-cu il təvəllüdlü E.İsmaylov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi