Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanıldı

Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanıldı Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “DaweooNexia” markalı avtomobilini qaçırdığını bildirib.
Hadisə
132
28 May , 2020 11:22
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanıldı

Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “DaweooNexia” markalı avtomobilini qaçırdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. 

Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bilidirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi